Ölkə 11:11 10.03.2020

ANN.Az 9 yaşında

Bu gün ANN.Az saytının 9 yaşı tamam olur.

Qaynarinfo xəbər verir ki, sayt 2011-ci ilin bu günündə rəsmi olaraq fəaliyyətə başlayıb. Portal ölkənin ən uzunömürlü internet resurslarındandır. ANN.Az-ın məqsədi onminlərlə gündəlik oxucusuna operativ, obyektiv xəbər çatdırmaqdır.

Azərbaycan, rus və ingilis dillərində yayımlanan ANN.Az gündəlik olaraq, dünya və ölkə gündəmində baş vermiş ən son yenilikləri oxuculara çatdırır.