Maqazin 13:48 21.07.2016

ANS-in xanım aparıcısı "Xəzər TV"də - VİDEO

Aparıcı Lətafət Ələkbərova efirə qayıdır. Axşam.az-ın məlumatına görə, o, fəaliyyətinə "Xəzər” telekanalında davam edəcək. 

Əməkdaşımızla söhbətində L.Ələkbərova yeni layihəsindən bəhs edib: “Dadlı səyahət” çox maraqlı bir verilişdir. İlk qonağım Elnur Məmmədov olub. Çəkilişləri Dağıstanda apardıq. Bir ildir ki, heç bir kanalda öz verilişim yoxdur. Layihə ürəyimcə olduğu üçün sevə-sevə razılaşdım. Çəkilişlərimiz Azərbaycanın bölgələrində və fərqli xarici ölkələrdə aparılacaq”.

“Dadlı səyahət” verilişinə həftənin bazar günü saat 18:15-də və cümə axşamı 17:00-da baxa bilərsiniz.

Qeyd edək ki, L.Ələkbərovanın sonuncu çalışdığı kanal ANS olmuşdu.


Qaynarinfo.Az