Dünya 18:32 11.06.2018

Antarktikadan böyük buz kütləsi gəlir: 10 min km yol qət edib

Antarktikadan 2000-ci ildə qopan 11 min km-lik buz kütləsi isti dənizlərə doğru hərəkət etməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Nəhəng buz kütləsi Cənubi Corcia və Cənubi Sandviç adaları istiqamətində irəliləyir. 

Buz kütləsi son 18 ildə Antarktika ətrafında hərəkət edib və 10 min km məsafə qət edib.

Gülşən