İdman 10:22 10.09.2020

Antuan Qrizmann Messi ilə münasibətlərindən danışdı

Forvard Antuan Qrizmann "Barselona"da hücum ortağı Lionel Messi ilə münasibətlərindən danışıb.

Qaynarinfo xəbər verir ki, bu haqda sports.ru saytı məlumat verib. 

"Ötən mövsüm hamı üçün çox çətin oldu, indi isə sıfırdan başlayırıq. Mənimlə Messi arasında münasibət Kilian Mbappe ilə münasibətlərimizə bənzəyir. Əvvəlcə çətinlik çəkdik, aramızda qarşılıqlı anlaşmanın yaranması üçün vaxt lazım oldu. Getdikcə Messi ilə də hər şey yoluna düşəcək.

Yenidən partnyorlarımla oynamaq və kubokları qazanmaq üçün əlimdən gələni etmək istəyirəm. Əvvəlki mövsüm titulsuz başa çatdı, belə bir final uzun müddət "Barcelona”nın başına gəlməmişdi”, - Qrizmann deyib.
 
Alpər