Texnologiya 15:34 19.05.2018

"Apple"dan "3 kameralı yenilik"

Artıq Android telefon bazarında 3 kameralı telefonlar yavaş-yavaş öz yerini almağa başlayır. "Huawei P20 Pro" modeli ilə 3 kameranın möhtəşəmliyini bizə göstərdi. İndi isə gözlər "Apple"ə çevrilib. Bəzi ekspertlərin dediyinə görə, "Apple" da öz fərqini göstərmək üçün 3 kameralı bir model üstündə işləyir.

Qaynarinfo xəbər verir ki, Jeff Pu adlı ekspertin fikrincə, "Apple" 2019-un 2-ci hissəsində 3 kameralı yeni "iPhone X" modelini tanıdacaq.    

Bundan bir müddət əvvəl telefonlarında kamera sistemi olaraq 5x Zoom edə bilən 6P lenslərin olacağı deyilmişdi. Bu zoom funksiyasının digitital, optik, yoxsa hibrid olacağı isə hələ dəqiqləşməyib. Güman edilir ki, 12 MP dəyərində lenslər ilə təmin olunacaq. 

Telefona əlavə edilməsi düşünülən 3-cü lens ilə 3x Optik yaxınlaşdırma üçün nəzərdə tutulduğu deyilir. Bunun hesabına şəkillər və videolar heç bir halda keyfiyyəti itirmədən 3x dərəcəsində yaxınlaşdırıla biləcək. Yenə analistin dediklərinə görə, 3-cü nəsil iPhone X-da olması gözlənilən bu funksiyalar iPhone X Plus modeli adı ilə da satışa çıxa bilər.