Texnologiya 14:35 25.03.2018

"Apple"dan əlillər üçün emojilər (FOTO)

"Apple" şirkəti fiziki məhdudiyyətli şəxslərə diqqət çəkmək məqsədilə 13 emoji təklifi ilə çıxış edib.

Qaynarinfo xəbər verir ki, eşitmə cihazı, rəhbət it, əlil arabası, protez qol və s. emojilər arasında yer alıb. Prosesdə ABŞ Korlar Dərnəyi, Milli Karlar Dərnəyi kimi təşkilatlar da iştirak edib. 

Şirkət, təklifin qəbulundan sonra oxşar emojilərin yaradılacağını və istifadəyə veriləcəyini açıqlayıb. "Apple" işə davam etmək üçün "Unicode" Konsorsiumundan təsdiq cavabı gözləyir.

Gülşən