Aprel ayı təbiətin oyanması ilə yanaşı, insanların şəxsi baxım vərdişlərində də yenilənmə istəklərinin artdığı dövr hesab olunur. Yazın gəlişi ilə insanların enerjisi də yenilənir, onlar həm də özlərinə, fiziki baxımlarına da önəm verməyə başlayırlar. Bunlardan biri də qadınlar üçün xüsusi önəmli olan saçlardır. Xüsusilə saç baxımı və saç kəsimi ilə bağlı düzgün zamanı seçmək istəyənlər ayın enerjisinə və təqvimə uyğun zamanlamaya diqqət etməyə çalışır.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərin fikrincə, saç kəsimi tarixləri əsasən ayın fazalarına görə müəyyənləşdirilir. Dolunay, yeni ay və digər ay mərhələlərinin saçın uzanma sürətinə və ümumi sağlamlığına təsir göstərdiyinə inanılır.
2026-cı ilin aprel ayında saç kəsdirmək istəyənlər üçün uyğun günləri əvvəlcədən bilmək saçın daha sağlam uzanmasına və daha güclü görünməsinə müsbət təsir edə bilər. Bu tarixlər ayın böyüyən və kiçilən fazalarına uyğun şəkildə müəyyən edilir.
Saçların daha sürətli uzanmasını istəyənlər üçün xüsusilə ayın böyüyən fazası tövsiyə olunur. 2026-cı ilin aprel ayında 1–11 və 13–15 tarixləri saç kəsimi üçün əlverişli günlər hesab edilir.
Ümumilikdə, yeni ay ilə dolunay arasındakı dövr saç kəsimi üçün ən ideal zaman sayılır. Bu mərhələdə edilən saç kəsiminin saç köklərini daha aktivləşdirdiyi düşünülür. Aprel 2026-da bu effektdən yararlanmaq istəyənlərə ayın ilk və son həftələrinə üstünlük vermələri tövsiyə olunur.
Günay
Şərhlər