Sənət 20:59 08.07.2014

Aqşin Yeniseydən xoş xəbər

Gənc şair Aqşin Yeniseyin vəziyyəti xeyli yaxşılaşıb.
 
Qaynar.info xəbər verir ki, bu haqda Axar.az-a hazırda Gömrük hospitalında müalicə olunan şairin özü deyib:
 
“Gördüyünüz kimi, səhhətimdə xeyli irəliləyiş var. Analizlərin cavabı sevindiricidir. Həkimim dedi ki, qara ciyərim xəstəliyimlə əlaqədar olaraq 8 sm sallanıb. Hazırda norma bərpa olunur. Ciyərim öz yerinə qayıdır, funksiyalarını yerinə yetirməyə başlayır. Həkimlərin dediyinə görə, 3-4 günə tam sağlam vəziyyətdə evə buraxılacam”.
 
Qeyd edək ki, may ayının 23-də şair A.Yeniseyin səhhəti qəflətən pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Gənc şair qaraciyər serrozu və sarılıq xəstəliyindən əziyyət çəkir. 

Qaynar.info