Sağlamlıq 13:28 30.12.2019

AQTA sədri: "Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub"

"Bir həftədə içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib".

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub: "Onlardan dördü ölüb, biri isə görmə qabiliyyətini itirib”.

Sədr bayram günləri ilə bağlı vətəndaşlara da müraciət edib.

O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərinə müraciətlər və istehlak daha çox olur: "Restoranlarda yeni il şənlikləri təşkil olunur. Biz də AQTA olaraq özümüzə borc bilirik ki, vətəndaşlara müraciət edək ki, hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. Azərbaycanda fəaliyyət göstərən bütün iaşə obyektlərinə nəzarət etmək mümkün deyil”.