Siyasət 20:05 19.02.2021

Ara Ayvazyanın istefa verdiyi bildirilir

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yaxın vaxtlarda vəzifəsindən gedəcək.

"Qafqazinfo" xəbər erməni KİV-inə istinadən xəbər verir ki, bu iddia ilə "Mediaport" teleqram-kanalı çıxış edib. Bildirilir ki, Ayvazyan artıq istefa ərizəsini yazıb.

Qeyd olunub ki, hazırda Ermənistanın XİN rəhbəri postuna yeni namizəd axtarışları aparılır. Yeni nazirin namizədliyi təsdiqləndikdən sonra Ayvazyanın istefası elan ediləcək.