Video 11:15 17.02.2021

Araikdən növbəti təxribat: Rus dili Qarabağda rəsmi dil elan olundu? (VİDEO)

Qondarma Dağlıq Qarabağ rejimi rus dilini rəsmi dil elan edib.

Qaynarinfo xəbər verir ki, buna dair qanunvericilikdə dəyişikliklər layihəsi "DQR” parlamentinin saytında yerləşdirilib.

"Dağlıq Qarabağın rəsmi dilləri erməni və rus dilləridir”, – məlumatda bildirilib.

Sənədə əsasən "dövlət orqanları”, hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə rus dilində aparmağa borcludurlar. //Yeni Sabah