Dünya 17:11 10.05.2019

Aralıq dənizində növbəti miqrant faciəsi: azı 50 ölü var

Aralıq dənizinin Tunis sərhədinə yaxın beynəlxalq sularında miqrant qayığı qəzaya uğrayıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, BMT miqrasiya agentliyinin məlumatına görə, qayıqda azı 70 nəfər olub, onlardan 50-si həlak olub, 16 nəfər isə xilas edilib. 

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Gülşən