İdman 19:00 28.03.2018

"Araz" 13-cü dəfə Azərbaycan çempionu oldu

Futzal üzrə Azərbaycan çempionu müəyyənləşib. 

Qaynarinfo xəbər verir ki, XXII tur matçında EKOL-u 5:2 hesabı ilə məğlub edən "Araz” qızıl medalları erkən təmin edib. 

Bu qələbə sayəsində xalını 55-ə çatdıran Naxçıvan təmsilçisi ən yaxın izləyicisi 37 xala malik "Marafon” komandası üçün əlçatmaz olub.

Düzdür, mövsümün başa çatmasına altı tur qalmış "Marafon”un nəzəri cəhətdən "Araz”la xallarını bərabərləşdirmək imkanı var. Lakin Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv şəxsi oyunlarda üstün olduğu üçün liderliyini əldən verə bilməz.

Qeyd edək ki, bu, ölkənin ən titullu komandası olan "Araz”ın 13-cü çempionluğudur.