Bakıda keçirilən "Jara-2018" Beynəlxalq Musiqi Festivalının ikinci günü də təşrif buyurmuş tanınmış simalarla, bir-birindən maraqlı ifalarla yadda qalıb. 

Trend-in məlumatına görə, festivalın ikinci günü qırmızı xalı üzərində "Crocus Group"un prezidenti, bakılı biznesmen Aras Ağalarov ailəsi ilə və Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov xanımı Tatyana Navka ilə olub.

Ötən gün eləcə də festival çərçivəsində Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçirilib. Habelə EMIN, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları tamaşaçılara xoş anlar yaşadıblar.

Bu gün isə "Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.