Xəbər lenti

Araz Əlidazə rus polisini dəstəklədi
Ölkə 22:11 17.10.2013

Araz Əlidazə rus polisini dəstəklədi

ASDP sədri Araz Əlizadə qətl törətməkdə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən döyülməsini əks etridən kadrlara haqq qazandırıb.

Qaynar.info
Modern.az-a istinadən xəbər verir ki, A.Əlizadə açıqlamasında bildirib ki, Orxan Zeynalovun qətl törətməsini çox pis qiymətləndirir.

“Kiminsə evinə qonaq gedəndə, özünü ev sahibinin qoyduğu qayda-qanuna uyğun aparmalısan. Orxan Zeynalov qətl törətməklə həmyerlilərimizi təhlükə ilə üz-üzə qoyub. Onun etdiyi insani hərəkət deyil”, - deyə ASDP sədri vurğulayıb.

O, Azərbaycan vətəndaşının qanunazidd olaraq döyülərək, alçaldılması barədə ictimai rəydə aparılan diskussiyanı dəstəkləməyib.

“Kimsə cinayət törədirsə, ona qarşı hər cür hərəkət etmək olar”-deyə A.Əlizadə bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->