Video 15:43 06.04.2019

ARB-də Səbinə Mirzəyeva ilə bağlı veriliş yayımlanacaq (VİDEO)

Aprelin 3-də tanınmış ginekoloq dr. Səbinə Mirzəyevanın anım günü idi. 3 aprel 2018-ci ildə vaxtsız vəfat edən Səbinə Mirzəyevanın dünyasını dəyişməsindən bir il ötdü.

Qaynarinfo xəbər verir ki, mərhum ginekoloqla bağlı ARB TV xüsusi veriliş hazırlayıb. İki hissədən ibarət olan xüsusi buraxılışın ilk hissəsi aprelin 7-də saat 19.30-da, ikinci yarısı aprelin 14-ü saat 19.30-da efirə gedəcək.

Verilişdə yaxınları Səbinə Mirzəyeva ilə bağlı fikirlərini bildirəcək, xatirələrini danışacaq.

Qeyd edək ki, cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 1978-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnməklə riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib.

Son olaraq "Baku Medical Plaza”da cərrah mama-ginekoloq vəzifəsində çalışıb. 

Ölümündən qısa müddət əvvəl "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabı işıq üzü görüb. 

Ailəli idi, Süleyman və Tamerlan adlı iki oğlu yadigar qalıb.