Foto 11:31 30.03.2019

ARB-də yenin layihə (FOTO/VİDEO)

ARB TV daha bir maraqlı və tam fərqli bir layihəyə start verib.

Qaynarinfo xəbər verir ki, yarışma formatında olan verlişin adı "Gətir-götür”, aparıcısı isə aktyor Həsrət Həsrətovdur.

ARB-nin pozitiv siması olan Həsrət hər həftənin cümə axşamı tanımadığı qapını döyüb, siz gətirin biz də götürək deyir. Aparıcının təyin edəcəyi vaxt ərzində ondan istənilən hər hansı bir şeyi tam zamanında çatdıran şəxsə isə bir-birindən dəyərli hədiyyələr təqdim olunur.

Qeyd edək ki, "Gətir-götür” verilişi hər cümə axşamı saat 20:45- də ARB TV-nin efirində yayımlanacaq.