İdman 21:55 06.05.2013

Arda bir milyonluq reklama çəkildi

Türkiyə millisinin hücumçusu Arda Turan simiti reklam edəcək. 

Qol.Az-ın yaydığı xəbərə görə, “Atletiko”nun futbolçusu ötən həftə İstanbula gələrək simit şirkətinin reklam çəkilişinə qatılıb.

Arda bir il müddətində şirkətin reklamında rol alacaq. Simiti dünyada tanıtmağa çalışan türk şirkəti futbolçu ilə dəyəri bir milyon dollar təşkil edən müqavilə imzalayıb. Reklamda Arda simit satan obrazında iştirak edir.

Reklam çəkilişinin ikinci mərhələsi Amsterdamda olacaq.

Qaynar.info