İdman 15:16 10.10.2018

Arda Turan məşhur müğənninin arvadına sataşdı, dava düşdü

Türkiyənin "Başakşehir" klubunda oynayan futbolçu Arda Turanla müğənni Berkay arasında mübahisə yaşanıb.

Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, gecə saatlarında "Gizli Kalsın" adlı əyləncə məkanında vaxt keçirən futbolçu və müğənni arasında yaşanan mübahisə daha sonra davaya keçib. Arda Turanın dostlarının da daxil olduğu davada Berkayın burnu qırılıb.
 
Qeyd edək ki, Berkayın həyat yoldaşı Özlem Ada Şahin açıqlamasında Ardanın ona sataşdığını, qoluna toxunaraq "Çox gözəl qızsan, evli olmasaydın, səni əldən verməzdim" dediyini iddia edib.

Gülşən