İdman 19:15 20.11.2013

Arda Turana 30 milyonluq təklif

Arda Turan "Arsenal"ın maraq dairəsinə düşüb. 

Fanat.az xəbər verir ki, yayda Mesut Özili heyətinə qatan London klubu bu dəfə "Atletiko"nun türk ulduzunu heyətinə qatmaq istəyir.

İngiltərə mətbuatının məlumatına görə, "topçular" Ardu üçün ispanlara 30 milyon avro ödəməyə hazırdı. Lakin "Atletiko" futbolçusuna 41 milyon avro qiymət qoyub və bununla bağlı müqaviləyə xüsusi bənd qoyub. Bu səbəbdən Madrid klubunun "Arsenal"ın təklifini qəbul edib-etməyəcəyi bilinmir.

Fanat.az