Ölkə 13:09 09.11.2021

Arəstə Baxışovanın anasının vəziyyəti yaxşı deyil - Qohumu açıqladı

"Şəhid Arəstə Baxışovanın anasının vəziyyəti hələ də yaxşı deyil”.

Bu haqda Modern.az-a açıqlamasında şəhidin ailə üzvləri məlumat verib.

Bildirilib ki, o, müalicəsini ev şəraitində davam etdirir: "Vəziyyəti yaxşı deyil. 5-6 gündür yüksək temperaturdan əziyyət çəkir. Koronavirusun cavabı neqativ çıxmışdı. Sonra məlum oldu ki, gecikdirmişik və virus boğazda deyil, artıq ciyərə düşüb. Ona görə əziyyət çəkir. Müalicələri ev şəraitində davam etdiririk”.

"Şəhid Arəstə Baxışovanın övladlarının vəziyyəti isə nisbətən yaxşıdır. Uşaqlarda sadəcə öskürək qalıb, ona qarşı da dərman verilir.

"YAŞAT” Fondundan bizə bildiriblər ki, ayın 10-dan sonra aptekə yaxınlaşıb, dövlət möhürlü resepti təqdim etməklə dərmanları pulsuz əldə edə bilərik. Amma bizə yazılan müalicə özəl klinikadandır”, - deyə ailə üzvü qeyd edib.

Bir neçə gün əvvəl şəhidin anası uşaqların və özünün koronavirusa yoluxduğunu bildirmiş, dərmanları almaqda çətinlik çəkdiyini qeyd etmişdi. Məsələ ilə bağlı "YAŞAT” Fondundan verilən məlumatda ailənin müraciətinin qeydə alındığı açıqlanıb.