İdman 10:30 17.05.2019

"Arsenal" ermənini Bakıya gətirəsi olmadı

"Arsenal" erməni futbolçu Henrix Mxitaryanı Bakıya gətirməyəcək.
 
Qaynarinfo xəbər verir ki, bu haqda "The Times" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə klub rəhbərliyi təhlükəsizlik məsələlərinə görə, belə qərar qəbul edib.

"Topçular" düşünür ki, 30 yaşlı oyunçunun ölkəmizə gəlməsi ilə bağlı yaranacaq səs-küy həlledici görüş öncəsi komandaya mənfi təsir edə bilər. Halbuki UEFA ilə Azərbaycan tərəfi arasında aparılan danışıqdan sonra bu məsələ ilə bağlı ingilislərin xeyrinə qərar çıxmışdı.

Mxitaryan Dortmund "Borussiya”sında olarkən "Qəbələ”yə, "Arsenal”ın heyətində isə "Qarabağ”a qarşı Bakıda keçirilən oyunlara da gətirilməmişdi.

Mayın 29-da keçiriləcək "Arsenal" - "Çelsi" matçı saat 23:00-da başlayacaq.