"Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan artilleriyaçıları yüksək nəticələr göstərərək müsabiqənin finalına yüksəliblər.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, müsabiqənin final mərhələsi avqustun 8-də keçiriləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər