Sənət 15:55 03.01.2021

Artıq özüm də ölümümə inanıram – Arif Quliyev

Zəng edib mənə deyirlər ki, Arif Quliyev dünyasını dəyişib? Mən də zarafatla deyirəm ki, çöldəyəm, gözləyin, bir dəqiqə evə zəng edim görüm dəqiqdir?

Qaynarinfo xəbər verir ki, bunu xalq artisti Arif Quliyev ötən gün ölüm xəbərinin yayılması ilə bağlı Moderator.az-a açıqlamasında deyib.

Xalq artisti bu cür şaiyələrə artıq öyrəşdiyini bildirib:

"Arif Quliyev ad və soyadında təkcə mən deyiləm ki. O qədər insan var. Təbii ki, bu şayiədir. Məni o qədər "öldürdülər” ki, artıq özüm də ölümümə inanıram. Bu şayiələr daha mənə təsir etmir, heç vecimə də deyil”.