Siyasət 15:47 10.10.2013

Asim Mollazadə İlham Əliyevi təbrik etdi

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycan Respublikasının prezidenti İham Əliyevə təbrik məktubu göndərib.

Qaynar.info
xəbər verir ki, məktubda deyilir:  "Sizi 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası prezidenti seçkilərində inamlı qələbə qazanmağınız və yenidən prezident seçilməyiniz münasibətilə təbrik edirəm!

Ümidvaram ki, siz seçicilərin sizə göstərdiyi bu yüksək etimadı doğruldacaq, qarşıdakı beş il ərzində də ölkəmizə və xalqımıza xidmət göstərməkdə davam edəcəksiniz. Sizə bu şərəfli missiyanın həyata keçirilməsi yolunda uğurlar arzulayıram!"

Qaynar.info