Sənət 18:21 03.08.2018

Aşıq Məhərrəm Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Məhərrəm Qasımlının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Paşa oğlu Qasımlı "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Aşıq Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib. AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub. 2016-cı ildən Azərbaycan Aşıqlar Birliyinin sədridir.