Ölkə 18:43 15.03.2018

"Asmed" klinikasında həkim tapılmadı, təcili yardımda "polisi gözlə" dedilər - Biabırçılıq

Lökbatan qəsəbəsində yerləşən "Asmed" klinikasında ilk tibbi yardım göstərməyi belə bacaran həkim yoxdur.

Bu barədə Qaynarinfo-ya qəsəbə sakini Eşqin Kazımov məlumat verib.
 
O, ehtiyatsızlıqdan əlini "rezak"la kəsdiyi üçün klinikaya müraciət etdiyini, lakin orada onu müalicə edə biləcək bir həkim tapa bilmədiyini söyləyib:
 
"Əlim kəsilmişdi. Sarğı ilə yüngülvari bağlasam da, qan dayanmırdı. Ona görə birbaşa evimizin yaxınlığındakı "Asmed" klinikasına yollandım. Həkimlərə vəziyyəti izah etdim. Bildirdim ki, kağız kəsərkən yanlışlıqla barmağımı yaralamış, qan dayanmır. Amma mənə "burada səni müalicə edəcək həkim yoxdur" dedilər. Başa düşmürəm ki, necə ola bilər o boyda klinikada sarğı qoymağı bacaran bir həkim tapılmasın?!"

Vətəndaş daha sonra qəsəbədəki təcili yardım şöbəsinə getdiyini, orada isə daha böyük problemlə qarşılaşdığını deyib:

"Klinikada sarğı qoymağı bacaran həkim tapa bilmədiyim üçün yaxınlıqdakı təcili yardım şöbəsinə getdim. Orada isə mənə polis gəlmədən müalicə edə bilməyəcəklərini dedilər. Məni qan aparırdı, həkimlər isə öz vəzifələrindən qabaq polisi düşünürlər. Nəhayət uzun mübahisədən sonra yüngülvari sarğı qoyub, polisə zəng vurdular".
 
Aydın