Foto 22:32 03.05.2021

Ağstafa rayonunun Düzqışlaq kəndində yeni Həkim məntəqəsi istifadəyə verildi (FOTO)

Yaponiyanın "Ot kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində  Ağstafa rayonunun Düzqışlaq kəndində tibb məntəqəsi istifadəyə verilib. 

Qaynarinfo xəbər verir ki bu münasibətlə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfiri Vada Cüniçi xanımı Reiko Cüniçi ilə birlikdə Ağstafaya səfər edib. Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov qonaqlarla görüş keçirib.

Görüşdə ölkələrimiz arasındakı sıx dostluq münasibətlərindən, eləcə də dövlətimizin diqqət və qayğısı ilə son illər Ağstafa rayonunda həyata keçirilən sosial infrastruktur layihələrdən, genişmiqyaslı abadlıq, quruculuq işlərindən bəhs olunub. Qonaqlara milli mənəvi-dəyərlərimizi simvolizə edən hədiyyələr təqdim olunub. Sonra Ağstafa şəhərində Heydər Əliyev adına və "Miniatür Azərbaycan” parkları ziyarət olunub. Sonda Düzqışlaq kəndində tibb ocağının istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə məntəqədə yaradılan şəraitlə tanışlıq olub.