Foto 20:34 27.09.2021

Ağstafa şəhərinin mərkəzində şəhidlərin xatirəsinə abidə kompleksi inşa olundu (FOTO)

Ağstafa şəhəri Heydər Əliyev prospektində şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksininin açılışı olub. 

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, bir qrup zabit və əsgər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar müqəddəs bayrağımızın ayparası ilə səkkizguşəli ulduzunu təsvir edən abidə kompleksi önünə əklil qoyub, gül dəstələri düzərək şəhidlərimizin xatirəsini ehtiramla anıblar.