Dünya 10:49 16.03.2018

Astana görüşü başladı

Qazaxıstanın paytaxtı Astanada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Cavad Zərifin iştirakı ilə zirvə görüşünə start verilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov iclasın açılışında danışaraq bu günə qədər 8 belə görüşün keçirildiyini və bu dövrün Suriyada atəşkəsin təmini üçün əhəmiyyətli olduğunu vurğulayıb. Daha sonra danışan Lavrov BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı və Soçi Milli Dialoq Konqresinin qərarları çərçivəsində fəaliyyət göstərəcəklərini xatırladıb. Lavrov həmçinin qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyi, kiçik idarəçiliklərin yaradılması planlar arasındadır.

Daha sonra görüş mediaya qapalı şəkildə davam etdirilib.

Qeyd edək ki, Astana görüşünün əsas mövzusu Suriyada müharibənin sona çatması, atəşkəsin təmini, ölkədə sabitliyin bərqərar olmasıdır.

Gülşən