Foto 14:49 25.04.2019

Astarada torpaq sürüşməsi aktivləşdi (FOTOLAR)

Astarada torpaq sürüşmələrinin aktivləşməsi kənd sakinlərinin işini çətinə salır.
 
Sürüşmənin fəallığı xüsusilə rayonun Pensər kəndində daha çox müşahidə edilir.

ONA-nın məlumatına görə, rayonun Pensər kəndində vətəndaşlara məxsus torpaqlar sürüşmə nəticəsində dağılaraq Pensər çayına tökülür.

Torpaq sürüşməsi ən çox kəndin əsas yoluna aid ərazidə müşahidə olunur. Burada çay kənarında sahilbərkitmə işləri aparılsa da, sürüşmə nəticəsində beton plitələr yerindən çıxaraq aşıb. İrigövdəli ağaclar da torpaq qatının yumşalması nəticəssində kökündən çıxıb. Ərazidə sürüşmənin aktivliyinin qarşısı alınmazsa, kənd yolu üçün ciddi problemlər yarana bilər.
 
Xatırladaq ki, cənub bölgəsində yağan aramsız yağışlar Astara ilə yanaşı, Lənkəran, Cəlilabad və Yardımlı rayonlarında da torpaq sürüşmələrinə səbəb olub.