Ölkə 11:43 28.07.2018

Ağsuda meşə ərazisi yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğın barədə məlumat yayıb. 

Qaynarinfo FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub.

***10.44 
 
Ağsu rayonunda meşə yanğını başlayıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ilkin məlumatda rayonun Qırılar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir. Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib. 

Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.