Dünya 18:19 21.07.2020

Ata-anası gözü önündə öldürülən 14 yaşlı əfqan qızdan inanılmaz cəsarət

Əfqanıstanda 14 yaşlı bir qız valideynlərini gözləri önündə öldürən Taliban terrorçularını məhv edib.

Qaynarinfo "France Press”ə istinadla xəbər verir ki, Taliban Qor əyalətindəki bir kəndə rəsmi hakimiyyətlə əlaqə yaratdığına görə yerli bir sakini cəzalandırmaq üçün gəlib. Onun evinə girib onu sürüyərək həyətə çıxarıb və güllələyiblər. Kişinin arvadı onu qorumağa çalışıb, terrorçular onu da öldürüblər.

Öldürülən Kamar Gül sakinlərinin 14 yaşlı qızı evdə qalıb. Atasının gizlədiyi AK-47 avtomatını götürüb və əvvəlcə valideynlərini öldürən iki silahlıya atəş açıb, sonra dəstənin qalan hissəsinə atəş açaraq silahlıların bir neçəsini yaralayıb.

Hadisə yerinə gələn Əfqanıstan hərbçiləri qızı və kiçik qardaşını təhlükəsiz yerə aparıblar.
 
Alpər