Dünya 14:29 14.08.2017

Atatürkün yadigarı ABŞ-a satıldı (FOTO)

Atatürk Meşə Ferması ərazisindəki 37 min kvadrat metrlik yer ABŞ-a satılıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ərazi yeni ABŞ səfirliyinin tikilməsi üçün satılıb.

Qeyd edək ki, bölgə 1925-ci ildə o dövrdə Türkiyəyə rəhbərlik etmiş Mustafa Kamal Atatürk tərəfindən fərqli şəxslərdən alınıb və 1937-ci ildə Türk xalqına əmanət edilərək xəzinəyə bağışlanılıb. Kənd təsərrüfatının inkişafı məqsədilə qurulan ferma 1950-ci illərdən etibarən fərqli qurumlara bağışlanılıb və ya satılıb. 

Türkiyə Memarlar qurumu bu məsələ ilə bağlı iddia qaldıraraq şikayət edib və məsələni məhkəməyə daşıyıb. Qurum bildirir ki, ərazinin başqa məqsədlərlə satışı və istifadəsi qeyri-qanunidir. 

Gülşən

Qaynarinfo.Az