Siyasət 12:26 26.10.2020

Atəşkəs: ABŞ bu oyunda “mən də varam” demək istəyir

"İlham Əliyev heç zaman böyük atəşkəsə razılıq verməyəcək”.


BunuQaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə ABŞ-ın təşəbbüsü ilə 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejimindən danışarkən deyib. Onun sözlərinə görə, ermənilər bu gün səhər 8:05-də atəşkəsi pozub:

 



"Bizi vurmağa başlayıblar. Onlara cavab olaraq saat 8:45-də bizimkilər də onları susdurub. Atəşkəs hələ ki, pozulub. Amerika bu oyunda "mən də varam” demək istəyir. Amerika demək istəyir ki, proseslərə biganə deyiləm, seçki öncəsi özünü dünyaya, xüsusi ilə də ermənilərə göstərir. Amma görünən odur ki, atəşkəs baş tutmadı”.


Hikmət Hacızadə qeyd edib ki, bu atəşkəs humanitar məqsədi daşıyır:


"Əsirləri dəyişdirmək, meyitləri təhfil vermək və s... Bir-iki günlük olacaqdı, amma olmadı”.


Bahar Rüstəmli