Dünya 10:44 14.07.2020

"Atəşkəs hazırda Liviya hökumətinə sərf etmir" - Çavuşoğlu

"Hazırkı vəziyyətdə atəşkəs Tripolinin xeyrinə olmaz. Çünki narahatlıqları var. Həftər səmimi deyil. Zaman qazanmağa çalışdığını düşünürük".

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O, bildirib ki, Həftər və dəstəkçilərinin siyasi xəritələri yoxdur. Dolayısı ilə "Liviyanın yol xəritəsini görmək istəyirəm, ondan sonra atəşkəs olsun" mövqeyi çox haqlıdır.

"Siirt və Cufranın boşaldılı və Liviya hökumətinə verilməlidir. Biz bunu rus tərəfinə də bildirdik. Türkiyə olaraq atəşkəs istəyirik və siyasi həll yolunun yeganə həll yolu olduğuna inanırıq", - deyə Çavuşoğlu bildirib.

Camal