Siyasət 23:09 29.07.2021

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri dəyişdi

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib.
 
Qaynarinfo xəbər verir ki, İqor Anatoliyeviç Xovayev Rusiyadan olan həmsədr təyin olunub. O, bu vəzifədə İqor Valentinoviç Popovu əvəz edib.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59 yaşlı İqor Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb.
 
Qeyd edək ki, İqor Popov 2010-cu ildən Rusiyanın Minsk Qrupundakı həmsədri olub.

Xatırladaq ki, bu gün ATƏT-in Minsk Qrupu bu gün Ermənistan Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bəyanat Fransa - Stefani Viskonti,  ABŞ - Endryu Şofer və Rusiyadan olan həmsədr İqor Kovayevin adından yayılıb.