Siyasət 16:51 21.03.2013

ATƏT-in “üç müşketyor”u

Üzeyir Cəfərov


Görəsən, onların boş və mənasız fəaliyyətinə "Dur!" deyən tapılacaqmı?

Deyirəm,gözümüz aydın olsun, ay mənim dünyada analoqu olmayan millətim! Çoxməsələlərdə bizə tayı-bərabəri olmayan xalq kimi baxırlar, ammadözümlülük baxımından da, deyəsən, dünyada analoqu və bənzəri olmayanbir xalq kimi öz möhürümüzü vurmaqdayıq. İndi də taleyi "qara düyün"ədüşmüş Qarabağ danışıqlarında bizə vasitəçilik edən dövlətlər təzə birşey “icad” edib dövriyyəyə buraxmaq istəyirlər. Bu haqda bir qədərsonra...

Hələlik isə onu qeyd edim ki, guya DağlıqQarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüşATƏT-in Minsk Qrupu həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya),ABŞ-dan müvəqqəti həmsədr olan Yan Kelli, həmçinin ATƏT-in fəaliyyətdəolan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin (Polşa) regionanövbəti səfəri başlayıb. Yəni bu səfərin də saysız-hesabsız və nəticəsiolmayan səfərlərdən bir olması şübhə doğurmur.

Artıqxeyli vaxtdır ki, bu bivec və səmərəsiz fəaliyyətlərinə görə, şəxsənmən dünyanın söz sahibi olan üç dövlətinin nümayəndələrini, ən “xoşbəxtturist”lər adlandırmışam. İndi də bu “üç müşketyor” martın 19-daXankəndinə səfər edərək separatçı rejimin rəhbərləri ilə görüşüb. Həmişəolduğu kimi, bu dəfə də separatçıların lideri Bako Saakyan görüşdəbildirib ki, guya Bakı destruktiv siyasətini davam etdirir, bu isə sülhprosesinə təhlükə törədir.

Öz növbəsində isəamerikalı həmsədr Y. Kelli ilk dəfədir Dağlıq Qarabağa səfər etdiyinideyib. “Mən ona görə buradayam ki, bu prosesə hansı şəkildə faydalı olabiləyimizə dair sizin fikirlərinizi eşidək”, - deyə diplomat bildirib.Adamdan soruşarlar, səndən əvvəlki amerikalı nümayəndə(lər) münaqişəninhəll olunması yönündə nə etmişdi ki, sən ilk səfərinlə nəyə nail olabiləsən?!

Separatçılarla görüşdən sonrahəmsədrlərin bəzi sözləri və hərəkətləri hesab edirəm ki, milli vədövləti maraqlarımıza ciddi şəkildə toxunduğuna görə, həmin məqamlaradiqqət yetirmək gərəkir. Görüşdən sonra jurnalistlərin suallarınıcavablandıran həmsədrlər Xocalı aeroportu ətrafında yaranmış məsələyəyenidən toxunublar. Aeroportla bağlı məsələnin hansı mərhələdə olmasınadair suala cavabında Y. Kelli bildirib ki, sülh prosesinə töhfə verməkniyyətindədirlər. Doğrusu, bu cümlənin mənası ətrafında nə qədər başsındırsam və dostlardan maraqlansam da, ortalığa hansısa real birmənzərəni çıxara bilmədim.

İşğal olunmuşAzərbaycan ərazilərində hər hansı bir uçuşun – istər mülki təyyarəolsun, istərsə də digər təyinatlı hava gəmilərinin hərəkəti, istənilənhalda yalnız və yalnız rəsmi Bakının icazəsi ilə həyata keçirilə bilər.Bütün bunları bilə-bilə fransalı həmsədr J. For isə deyib ki, aeroportətrafında proses (?-Ü.C.) davam edir və detallar barədə danışmaq hələliktezdir: “Lakin əmin olun ki, biz daim bu istiqamətdə işləyirik və bizimkonkret təkliflərimiz var. Biz bu təklifləri tərəflərlə müzakirəedirik”.

Bax bu qorxulu və həyəcan yaradanməqama xüsusi diqqət yetirməyimizi istərdim. Belə çıxır ATƏT dolayısıilə  təsdiq edir ki, məhz onların xeyir-duası ilə ermənilər, onlarınYerevandakı və xaricdəki havadarları Xocalı aeroportu ətrafındavəziyyətin gərginləşməsində maraqlıdırlar. İndiyədək ortalığa heç birnəticə qoymayan həmsədrlər faktiki olaraq işğalçıya hər vəcdlə birbaşavə ya dolayı yolla dəstək verməklə məşğuldurlar.

Dəfələrləyazılıb və deyilib ki, həmsədrlik missiyasını üzərinə götürmüş RusiyaCənubi Qafqazda öz təsir gücünü artırmaqda davam edir. Məhz Moskvanınapardığı ikili siyasətin nəticəsidir ki, Qarabağ konflikti öz müsbəthəllini tapmır və belə gedişlə hələ uzun müddət də bu sahədə hər hansıirəliləyişin olmasına ümid bəsləmək sadəlövlük olardı. Ötən il QəbələRLS-lə bağlı yaşananları da diqqətdən qaçırmamalıyıq. ÖzününAzərbaycanda yeganə varlığı hesab etdiyi hərbi obyektinin bağlanmasınıasanlıqla həzm edə bilməyən Putin bunun əvəzində Azərbaycana qarşıbundan sonra da Dağlıq Qarabağ məsələsində qeyri-səmimi mövqeyini ifadəetməyə çalışacaq. Məhz Xocalı hava limanı ətrafında yaranan gərgin durumda təbii ki, Moskvanın xeyir-duası ilə həyata keçirilir.

İndidə ATƏT-in “üç müşketyor”unun Xocalı aeroportu ilə bağlı söylədiklərisıradan bir məsələ deyil. Deməli, rəsmi Bakının bütün diplomatiksəylərinə baxmayaraq, yaxın zamanlarda biz vəziyyətin daha dadramatikləşdiyini proqnozlaşdıra bilərik. Azərbaycanla Ermənistanarasında Qarabağ danışıqlarının Minsk Qrupu çərçivəsində növbətiraundunu başlanmasını şəxsən mən qətiyyən istəmirəm. Hesab edirəm ki,bu, bizim bir dövlət olaraq vaxt itirməyimizə, Ermənistanın isə özişğalçılıq siyasətini davam etdirməsinə xidmət edəcək.

Gələnayın əvvəllərində vasitəçilərin Azərbaycana səfərləri nəzərdə tutulur.Onlar münaqişənin həlli üçün hansısa “təklif”lərinin olmasını bəyanedirlər. Həmsədrlərin özləri də gözəl anlayırlar ki, uğursuz danışıqlarsonsuzluğa qədər davam edə bilməz. İndi isə diqqət yetirmisinizsə, cəbhəxəttində tez-tez mənasız monitorinqlər keçirilir. Təmas xəttindəgərginlik, bəzi hallarda atışmaların intensivliyi necə var idisə, elə dədavam edir.

Əvvəllər biz yalnız hərbçilərinatəşkəsin pozulması nəticəsində dünyalarını dəyişməsi haqqında məlumatalırdıqsa, indi mülki şəxslərin, hətta azyaşlı uşaqların da öldürülməsihaqqında xəbərlər eşidirik. Bütün bunların fonunda, görəsən, ATƏT-in üçən “xoşbəxt turist”inin gah Avropada, gah da dünyanın ən bahalışəhərlərində keçirdikləri saysız-hesabsız və heç bir nəticə verməyəngörüşlərinə, danışıqlarına, həmçinin boş və mənasız fəaliyyətə "Dur!"deyən tapılacaqmı? Hesab edirəm ki, bu çoxdan edilməli idi...