"Atletiko şokda! Kardaş tarih yazıyor" - Türkiyə mediası

Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Madriddə "Atletiko" ilə 1:1 bərabərə qalan, tarixində ilk dəfə oynadığı Çempionlar Liqasında ilk səfər xalını qazanmaqla tarix yazan "Qarabağ" qardaş Türkiyə mətbuatının da əsas müzakirə mövzusu olub.

"Qaynarinfo" Milli.Az-a istinadən xəbər veirr ki, Türkiyənin ən nüfuzlu xəbər portalları "Karabağ tarih yazmaya devam ediyor", "Atletiko şokda! Kardaş tarih yazıyor" başlıqlı  xəbərləri ilə "Qarabağ"ın "Atletiko Madrid"lə səfər matçında sərgilədiyi möhtəşəm oyundan yazıblar.

Qeyd edək ki, "Qarabağ"ın ispan klubuna "öz silahı" - 32 yaşlı ispaniyalı yarımmüdafiəçi Miçel Maderanın baş zərbəsi ilə vurduğu möhtəşəm qol dünənin ən gözəl qollarından hesab edilir.

Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR