Ölkə 09:38 10.10.2017

ATV-yə yeni vitse-prezident təyin olundu (FOTO)

"Azad Azərbaycan" müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub.

"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, bu yerə bir neçə gün öncə "ARB Kəpəz"dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib. Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.

Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişilməsindən sonra  kanaldakı digər vitse-prezident vəzifəsini  Vaqif Aydınoğlu icra edir.

Qaynarinfo.Az