Ölkə 21:00 06.02.2018

ATV-yə yeni vitse-prezident təyin olundu

Azad Azərbaycan televiziyasına (ATV) yeni vitse-prezident təyin edilib.

Qaynarinfo gununsəsi.info-ya istinadən xəbər verir ki, Qurban Səlimov adlı yeni vitse-prezident bu gün kollektivə təqdim edilib.

Araşdırma zamanı bəlli olub ki, "Lider” kanalında çalışan Qurban Səlimov həm də AzTV-nin məşhur aparcısı Dilarə Səlimin qardaşıdır.

Qeyd edək ki, Q.Səlimov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. ABA TV, Lider TV, İnternews Azerbaijan, "ADG plus production” kimi şirkətlərdə rejissor və qrup rəhbəri vəzifəsində çalışıb. Bir çox sənədli filimlərin, televiziya verilişlərinin və reklam çarxlarının ssenari müəllifi və rejissorudur. Ailəlidir, iki övladı var.