Dünya 18:45 25.01.2022

Auditorlar Palatası: “Ermənistan yenidən çörək növbələriylə üzləşə bilər”

Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsindən malların idxalı iqtisadi risklərdən tutmuş təhlükəsizliyə qədər böyük risklər daşıyır.

Artıq həmin riskləri nəzərə alan nəqliyyat şirkətləri qiymətləri qaldırıblar ki, bu da inflyasiyanın səbəblərindən biridir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Auditorlar Palatasının prezidenti Nairi Sarkisyan bildirib.

Onun sözlərinə görə, alternativ Gorus-Qafan yolu Ermənistan üçün çox problemlidir.

"Birincisi, yol gediş-gəliş üçün olduqca zəif gücə malikdir, bu, artıq avtomobillərin həmin yoldan keçməsi üçün problem yaradıb.

İkincisi, əgər qar yağsa və eyni zamanda Lars yolu qar yağdığından bağlanarsa, onda Ermənistan yenidən 92-93-cü illərə qayıdacaq və çörək üçün növbələrlə üzləşəcəyik.

Başqa sözlə, ölkəmizdə ərzaq və geyimdən başlayaraq ciddi defisit yaranacaq və ya ən yaxşı halda bizdə kəskin qiymət artımı olacaq.

Hökumətin səriştəsiz siyasəti ucbatından gələn il biz daha ağır vəziyyətə düşəcəyimizlə bərabər, digər mühüm iqtisadi məsələlərə, o cümlədən su, işıq və qaz qiymətlərinin bahalaşması ilədə üzləşəcik”.

Telman