Martın 10-da Azərkitabda müəllif Lalə İsmayılovanın "Autizm - ev şəraitində təlim” adlı kitabın təqdim etmə mərasimi olunub.
Qaynarinfo xəbər verir ki, autizmli uşaq anası olan Lalə İsmayılova Xarici Dillər Universitetinin tərcümə fakultəsini bitirib, övladına autizm diaqnozu qoyulduqdan sonra bütün həyatı dəyişən müəllif bu xəstəliyə qalib gəlmək ücün bu sahəni öyrənməyə, bir mütəxəssis kimi öyrəndiklərini tətbiq etməyə başlayıb. O, Rusyanın Surqut şəhərində "Aprel" reabilitasiya mərkəzində oxuyub ve elə orada uşaqlara təlim verib. Daha sonra Amerikanın "Autizm and the environment online" kursunu bitirib və hazırda Amerikanın Autizm Cəmiyyətinin (Autizm society) üzvüdur. Türkiyyədə autizm üzrə ailə təhsili alıb.
Kitabdakı təlimin əsasında tanınmış alim, amerikalı mütəxəssis Tara Delaninin xüsusi qayğıya ehtiyacı olan uşaqlar ücün hazırladığı sistem durur. Autizmli uşağa sahib valideynlər ücün faydalı vəsait olan bu kitabdakı təlimlərlə cox əngəlləri aşmaq mümkündür. Oyunlar əsasında qurulan təlimdə uşaqlar əylənərək öyrənəcəklər. Hər bir oyunun böyük hədəfləri və məqsədləri var. Sistemli şəkildə qurulan oyunlar sonda autizmli uşagın hansısa bacarıgı qazanmasına səbəb olur.
Bu kitabla öz övladı ilə yanaşı, başqa autizmli uşaqlara və analara dəstək olmaq istəyən Lalə İsmayılova onları autizmə təslim olmamağa cağırır: "Autizm hər şeyin sonu demek deyil. Erkən müdaxilə, doğru yol seçməklə və düzgün vasitələrdən istifadə edərək autizmə qalib gəlmək mümkündür. Autizmli uşaqlarla zərgər dəqiqliyi ilə işləmək lazımdı”.
Təqdimat mərasimində mütəxəssislər - psixoloq Kəmalə Əliyeva, psixoloq-reabilitoloq İlham Osmanlı, yazıçı Cinarə Köcərli, Birgə ve Saglam İB-nin sədri Aytən Eynalova çıxış edərək bu kitabın autizmli uşaq sahibi olan valideynlərin maariflənməsində, onların övladları ücün faydalı ola bilməsində əhəmiyyətli rol oynayacağına inandıqlarını bildiriblər.
Təqdimat mərasimində Lalə İsmayılovanın ideyası ilə autzmli yenıyetmə Əliyev Xaqan ve müəlliməsi İsmayılova Firuzənın "Eurovision" qalibləri Eldarla Nigarın birgə ifa etdikləri "Running Scared” mahnısının sədaları altında etdikləri rəqs marağa səbəb olub. Tədbirə qartılan mügənni Eldar bu rəqsi alqışlarla qarşılayaraq, autizmli gəncə öz diskini hədiyyə edib.
Təqdimat mərasimi Tüzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi "Fərqliyəm” mahnısının sədaları altında davam edib.
Qeyd edək ki, tədbir "Umid var” xeyriyyə birliyinin dəstəyi ilə düzənlənib.
Şərhlər