İdman 10:17 16.06.2021

AVRO-2020: Türkiyə Bakıda ilk oyununa çıxır

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.

Əvvəlcə B qrupu çərçivəsində Finlandiya və Rusiya yığmaları üz-üzə gələcəklər. 

Günün ikinci matçı Bakı Olimpiya Stadionunda A qrupunda Türkiyə və Uels yığmaları arasında baş tutacaq.

Bu qrupun digər oyununda isə İtaliya və İsveçrə milli komandaları qarşılaşacaq.

AÇ-2020
16 iyun

B qrupu

17:00. Finlandiya və Rusiya
Sankt-Peterburq. "Qazprom Arena”.

A qrupu

20:00. Türkiyə və Uels
Bakı Olimpiya Stadionu.

23:00. İtaliya və İsveçrə
Roma. Olimpiya Stadionu.