Dünya 19:15 15.07.2020

Avrokomissiyanın "Apple"ə qarşı 13 milyard cərimə iddiası ləğv edildi

Avropa Məhkəməsi 2016-cı il Avropa Komissiyasının vergilər və dövlət subsidiyaları sahəsində Avropa standartlarını pozduğuna görə Apple-dən rekord miqdarda - 13 milyard avro alma qərarını ləğv edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü dərc edilmiş məhkəmə qərarında deyilir.

"Avropa Məhkəməsi ümumi yurisdiksiya məhkəməsi mübahisəli qərarı ləğv etdi, çünki Avropa Komissiyası Apple tərəfindən Avropa rəqabət standartlarının müddəalarının pozulmasını qanuni əsaslandıra bilmədi", - deyə məhkəmə qərarında bildirilib.
 
Alpər