İdman 00:56 21.09.2018

"Qarabağ" Avroliqaya məğlubiyyətlə başladı

Avropa Liqasında qrup mərhələsinə start verilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" ilk oyununa çıxıb. Ağdam təmsilçisi Portuqaliyada "Sportinq"in qonağı olub.

Lissabondakı "Joze Alvalade” stadionunda baş tutan örüşün ilk yarısında hesab açılmayıb. "Sportinq" 54-cü dəqiqədə Rafinyanın qoluna sevinib. 88-ci dəqiqədə isə Jovane Kabral komandasının və matçın ikinci qoluna imza atıb - 2:0.

Qeyd edək ki, bu görüş iki ölkə klubunun ilk dueli kimi tarixə düşüb. 
 
Avropa Liqası
Qrup mərhələsi
I tur, 20 sentyabr

Sportinq (Portuqaliya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Rafinya, 54. Jovane Kabral, 88.
Sportinq: 19. Roman Salen, 4. Sebastyan Koates, 8. Brunu Fernandeş, 9. Markos Akunya, 10. Fredi Montero (23. Abdulay Diabi, 90+1), 13. Stefan Ristovski, 16. Rodriqo Battalya, 17. Luiş Nani (k) (77. Jovane Kabral, 86), 21. Rafinya, 22. Jeremi Matyü (6. Andrea Pintu, 75), 86. Nemanya Qudel.
Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 18. Karluş Mane, 25. Padosav Petroviç, 76. Brunu Qaşpar.
Baş məşqçi: Joze Peseyru.
Qarabağ: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k) (30. Abbas Hüseynov, 62), 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 17. Abdullah Zubir (9. Araz Abdullayev, 68), 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 91. Coşqun Diniyev (8. Miçel, 58).
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 28. Con Delarj.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqə: Mahir Mədətov, 33.
Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno (Fransa).
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed (Fransa).
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya).
Lissabon "Joze Alvalade" stadionu.