İdman 09:52 26.04.2013

AvroLiqa: "Fənərbaxça"dan tarixi qələbə


Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib.

"Fənərbaxça” tarixində ilk dəfə qitə miqyaslı turnirdə finala çıxmaq üçün "Benfika” ilə münasibətlərinə aydınlıq gətirib.

İstanbul təmsilçisi ötən mərhələdə "Latsio” ilə olduğu kimi, bu dəfə də ilk oyunu evdə keçirib. Portuqaliyanın ən titullu klublarından biri ilə üzləşən "sarı bülbüllər” güclü azarkeş dəstəyi altında inamlı təsir bağışlayaraq, görüşdən qalib ayrılmağı bacarıb.

Fasiləyə qədər hesabı aça bilməyən "Fənər” istəyinə 72-ci dəqiqədə nail olub. Müdafiəçi Egemen Qorxmazın vurduğu tək qol Aykut Kocamanın komandasına qələbə qazandırıb.

"Amsterdam Arena”da keçiriləcək final oyununa digər iddiaçılar ilk olaraq İsveçrədə meydana çıxıb. "Bazel” Çempionlar Liqasının son qalibi "Çelsi”ni sınağa çəkib. Bu mövsümə Avropanın ən nüfuzlu klub turnirində başlayaraq, orada qrupdan çıxa bilmən "zadəganlar” cütün aşkar favoriti sayılırdı.

Elə London klubu ona inananları da yanıltmayıb. Belə ki, matçın əvvəlində hesabda geri düşən meydan sahibləri sona 3 dəqiqə qalmış hesabda tarazlıq yaradıb. Lakin ingilislər buna baxmayaraq, matça əlavə edilən dəqiqələrdə qələbə topunu vurmağa müvəffəq olublar.

APAsport