İdman 14:39 03.05.2019

Avroliqanın Bakı finalının saatı açıqlandı

Avropa Liqasının Bakıda baş tutacaq finalının başlama saatı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23.00-da (Avropa vaxtı ilə 21.00) start götürəcək.

Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici matça "Ayntraxt" - "Çelsi" (ilk oyun - 1:1) və "Arsenal" - "Valensiya" (ilk oyun - 3:1) cütlərinin qalibləri vəsiqə qazanacaq.