Siyasət 12:12 22.02.2021

Avropa Birliyi Navalnıya görə Moskva üçün cəza hazırlayır

Yalnız Rusiyadakı hadisələri şərh etmək və Moskvanı sanksiyalarla hədələmək kifayət deyil, artıq hərəkətə keçmək vaxtıdır. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Avstriyanın Avropa və Xarici İşlər naziri Aleskandr Şallenberg DW-yə deyib. 

O, Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin 22 fevralda keçirilməsi planlaşdırılan toplantısına dair təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, AB-nin müxalif siyasətçi Aleksey Navalnının məhkəmə işinə "nisbətli reaksiya"sını müzakirə edəcəklər. İclasda Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) önümüzdəki həftələrdə səyahəti qadağan ediləcək və aktivləri dondurulacaq şəxs və şirkətlərin siyahısını istəməsi gözlənilir.

Şallenberq siyahının siyasi cəhətdən savadlı və "hüquqi cəhətdən keçilməz" olması lazım olduğunu da əlavə edib. O, Rusiya məhkəmələrinin Navalnı ilə bağlı iki qərarından sonra AB-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə əmindir. Şallenberq insan haqlarının pozulmasına görə şəxslərə qarşı sanksiyaların daxil olduğu tədbirlərə geniş dəstək gözləyir.

Onun sözlərinə görə, Avropa Birliyi də Moskvaya münasibətdə ortaq bir mövqe ortaya qoymalıdır. "İkitərəfli bir siyasətə ehtiyacımız var - lazım olduğu yerlərdə sərhədlər çəkmək və mümkün olduğu yerdə dialoq", - nazir qeyd edib.
 
Alpər