Siyasət 20:55 03.07.2019

Avropa İttifaqı Şurasının yeni prezidenti Şarl Mişel kimdir?

Avropa İttifaqı Şurasına yeni prezident seçilib.
 
AzərTAc bildirir ki, bu vəzifəyə Şarl Mişel layiq görülüb. O, 2019-cu ilin dekabrın 1-dən fəaliyyətə başlayacaq.

Bəs Şarl Mişel kimdir?

Tanıyanların dediklərinə görə, Avropa İttifaqı Şurasının yeni prezidenti "bir dolu çanta təcrübəyə malik olan” insan kimi məşhurdur.

Məlumata görə, gənclərin də dəstəklədiyi Şarl Mişel Belçikanın daxili siyasəti sahəsində zəngin təcrübəyə malikdir, üstəlik, cavan olmasına baxmayaraq, siyasətdə veteran sayıla bilər.

Fransızdilli ölkələrin liberal mühitində üstün fiqurlardan biri sayılan Mişel 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

Həmkarlarının təbirincə desək, Mişelin "damarlarında siyasət qanı axır”. Onun atası Lui Mişel Avropa Komissiyasında Belçika Nazirlər Kabinetində funksioner olub. Şarl Mişel Brüsseldə və Amsterdamda hüquq təhsili alandan sonra Valliyanın Brabant əyalət şurasında çalışıb.

1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. Bir ildən sonra Valloniya regional administrasiyasında nazir, daha sonra Belçikanın beynəlxalq inkişaf məsələləri üzrə naziri vəzifələrini tutub.

2010-cu il seçkilərində frankofon liberallar uduzanda Mişel bu partiyada liderlik uğrunda mübarizədə Didye Reynderslə qalib gəlir. Şarl Mişelin atasının dövründə başlanmış bu rəqabət hələ də davam edir.

2014-cü ildə ölkədə yaranmış vəziyyət hökuməti sürətlə formalaşdırmağa imkan vermir. Üç flamand partiyası – millətçilər, xristian-demokratlar və liberallar, habelə fransızdilli liberallar ilə Mişelin danışıqları uğurla başa çatır və 38 yaşlı Mişel fransızdilli ölkələrdə çoxluğa malik olmayan administrasiyada ən gənc Baş Nazir vəzifəsini tutur.

Belçikada deyirlər ki, bu koalisiya "göylərdə yaranmayıb”, lakin Belçikanı uğurla idarə edir. Flamandiyalı millətçilərin daxil olduğu komandada bu həmişə siyasətçilər üçün çətin vəzifədir.

Bu gün demək olar, heç kəs şübhə etmir ki, Şarl Mişel Avropa ittifaqı Şurasının prezidenti vəzifəsində də öz lider keyfiyyətlərini göstərəcək.